MyACCA hesabını 3 fərqli istiqamət üçün açmaq mümkündür:
1. ACCA Qualification üzrə
Tələb olunan Sənədlər:
1) Diplomun ingilis dilinə tərcümə olunmuş və natariusda təsdiqlənmiş surəti (minimum bakalavr dərəcəsi).
* Əgər tələbəsinizsə, universitetdən arayış tələb olunur. Arayışda təhsil dərəcəniz (bakalavr sözü), ixtisasınız, neçənci kursda təhsil almağınız mütləq qeyd olunmalıdır.
** Diplom əlavəsinin natariusda təsdiqlənmiş surəti (Exemption əldə etmək üçün)
2) Şəxsiyyətinizi təsdiq edən sənəd.
* Xarici passportunuzun əsli. Xarici passportunuz yoxdursa, şəxsiyyət vəsiqənizin ingilis dilinə tərcümə olunmuş və natariusda təsdiqlənmiş surəti.
2. DipIFR üzrə
Tələb olunan Sənədlər:
1) Şəxsiyyətinizi təsdiq edən sənəd.
* Xarici passportunuzun əsli. Xarici passportunuz yoxdursa, şəxsiyyət vəsiqənizin ingilis dilinə tərcümə olunmuş və natariusda təsdiqlənmiş surəti.
2) DipIFR experience form
* Formu bu linkdən endirib, müvafiq hissələr doldurulmaqla 2 formada təqdim olunmalıdır:
• İmza hissəsinə Ad, Soyad yazılmaqla fayl olduğu kimi;
• Fayl çap edilib, müvafiq hissəyə İmza diyircəkli qələmlə (tünd göy və qara rəngli) atıldıqdan sonra, skan edilmiş formada.
3. Foundations in Accountancy üzrə
Tələb olunan Sənəd:
Şəxsiyyətinizi təsdiq edən sənəd.
* Xarici passportunuzun əsli. Xarici passportunuz yoxdursa, şəxsiyyət vəsiqənizin ingilis dilinə tərcümə olunmuş və natariusda təsdiqlənmiş surəti.
QEYD: ACCA’də ilkin qeydiyyatdan keçmək (MyACCA hesabın açılması) üçün sənədlərinizi təqdim etdikdən və hesab açılması üçün müraciət ödənişini (ACCA Qualification və Foundations in Accountancy üzrə: 120 AZN; DipIFR üzrə 40 GBP) ödədikdən sonra qeydiyyat prosesi başladılır. 7-10 iş günü ərzində (bəzi hallarda bu müddət bizdən asılı olmayan səbəblərdən fərqli ola bilər) hesabınız ACCA tərəfindən təsdiqlənir. Hesabınız təsdiqləndikdən sonra imtahana daxil ola bilərsiniz. Hesabınız bizdən asılı olmayan səbəblərdən (sənədlərin orijinal olmaması, ACCA’in tələblərinə uyğun gəlməməsi və digər səbəblərdən) təsdiqlənməsə ödənişin geri qaytarılması mümkün olmur.