Təhsil Modeli

“Honours Academy’nin təhsil modeli tələbələrə yalnız nəzəri və praktiki bilikləri tədris etməklə yanaşı, həm də dərslərin daha effektiv tədris olunması metodlarını özündə birləşdirir. Belə ki, tələbələrin dərsləri daha yaxşı qavramaları, dərslərdə davamlı olaraq iştiraklarına nail olmaq və imtahanlardan daha yüksək nəaliyyətlər əldə etmələri üçün ən son tədris metodologiyaları müasir tədris texnikaları ilə birlikdə unikal təhsil modelləri tətbiq edilir.”

Təhsil Modeli

Tələbə kitabxanası

Tələbələrin hər bir təlim üzrə dərsliklərlə təmin olunması ilə yanaşı akademiyada maliyyə proqramları üzrə zəngin materiallarla təchiz olunmuş kitabxana da fəaliyyət göstərir.

İmtahan platforması

Honours X platforması-nin tərkibində yer alan İmtahan platforması vasitəsilə hər bir tələbə öz şəxsi hesabına daxil olaraq ödənişsiz sınaq imtahanı, testlər və digər təkmilləşdirici materiallardan istifadə edə bilər.

NLP Metodologiyasından İstifadə

Təlimlərin təşkilində NLP metodologiyalarından istifadə etməklə tələbələr imtahanlara həm pedoqoji, həm də psixoloji istiqamətdə hazırlanır.

Disiplin Sistemi

Təlimlərin effektivliyinin yüksək olması, həmçinin tələbələrin nəticəyönümlü tədrisi üçün təlimlərə qoşulmuş hər bir tələbə Akademiya tərəfindən hazırlanmış spesifik disiplin sisteminə cəlb olunur.

Təhsil Təqaüdləri

Azərbaycanda yalnız Honours Academy ilə əməkdaşlıq edən “HDN Scholarships” tələbələrimizə təhsil təqaüdləri təqdim edir.