Financial Accounting - FA (Köhnə adı ilə F3) (Azərbaycan dilində: Maliyyə Uçotu): Beynəlxalq mühasibat uçotu standartlarının maliyyə uçotunu öyrətməklə müəssisənin maliyyə hesabatlarının hazırlanmasını tam əhatə edən və beynəlxalq sertifikatla təmin edən proqramdır. Təlimdə beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər ən sadə mövzulardan başlayaraq tədris olunur.
Financial Accounting (FA) proqramı üzrə imtahanlar On-Demand (Tələb əsasında) olduğu üçün Honours Academy’nin Rəsmi İmtahan Mərkəzi Olan CBE Centre’də istənilən zaman imtahan vermək mümkündür.
ACCA’in rəsmi olaraq təqdim etdiyi 3 əsas mövzudan ibarət sillabus əsasında hazırladığımız təlim proqramı, tələbələrimizin dərsləri daha effektiv qavramaları və imtahanlarda yüksək nəticə əldə etmələri üçün tənzimlənmişdir.
"Honours Academy bütün ACCA - FA tələbələrinə rəsmi şəkildə tanınan yazılı zəmanət təqdim edir. Bu zəmanət müqaviləsinin şərtlərinə əsasən rəsmi imtahanda ilk cəhddə uğurlu nəticə əldə edə bilməyən tələbənin ödənişləri 5 iş günü ərzində tələbəyə geri ödənilir və yenidən imtahana hazırlaşmasına şərait yaradılır.