(Azərbaycan dilində: “Maliyyə idarəetməsi”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Financial Management (FM)” maliyyə menecerinin investisiya, maliyyə və dividend siyasəti qərarlarında malik olmalı olduğu bilik və bacarıqları inkişaf etdirir. Bu proqramı tamamlayan şəxslər maliyyə menecerindən tələb olunacaq bütün bacarıqlara sahib olurlar.
Financial Management (FM) proqramı üzrə imtahanlar ACCA Tərəfindən təşkil olunduğu üçün İmtahan Tarixləri və İmtahan Ödənişləri ilə bağlı ətraflı məlumat almaq üçün ACCA’in Azərbaycan üzrə müvafiq səhifəsinə göz ata bilərsiniz.
ACCA’in rəsmi olaraq təqdim etdiyi 8 əsas mövzudan ibarət sillabus əsasında hazırladığımız təlim proqramı, tələbələrimizin dərsləri daha effektiv qavramaları və imtahanlarda yüksək nəticə əldə etmələri üçün tənzimlənmişdir.
"Honours Academy bütün ACCA - FM tələbələrinə rəsmi şəkildə tanınan yazılı zəmanət təqdim edir. Bu zəmanət müqaviləsinin şərtlərinə əsasən rəsmi imtahanda ilk cəhddə uğurlu nəticə əldə edə bilməyən tələbənin ödənişləri 5 iş günü ərzində tələbəyə geri ödənilir və yenidən imtahana hazırlaşmasına şərait yaradılır.