(Azərbaycan dilində: “Maliyyə hesabatları”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Financial Reporting (FR)” maliyyə hesabatlarının necə təhlil və şərh olunması da daxil olmaqla, müəssisənin maliyyə hesabatlarının hazırlanmasının teorik çərçivəsi və mühasibat uçotu standartlarının anlaşılması və tətbiqi üçün lazım olan bilik və bacarıqları inkişaf etdirir.
Financial Reporting (FR) proqramı üzrə imtahanlar ACCA tərəfindən təşkil olunduğu üçün imtahan tarixləri və imtahan ödənişləri ilə bağlı ətraflı məlumat almaq üçün ACCA’in Azərbaycan üzrə müvafiq səhifəsinə göz ata bilərsiniz.
ACCA’in rəsmi olaraq təqdim etdiyi 5 əsas mövzudan ibarət sillabus əsasında hazırladığımız təlim proqramı, tələbələrimizin dərsləri daha effektiv qavramaları və imtahanlarda yüksək nəticə əldə etmələri üçün tənzimlənmişdir.
"Honours Academy bütün ACCA - FR tələbələrinə rəsmi şəkildə tanınan yazılı zəmanət təqdim edir. Bu zəmanət müqaviləsinin şərtlərinə əsasən rəsmi imtahanda ilk cəhddə uğurlu nəticə əldə edə bilməyən tələbənin ödənişləri 5 iş günü ərzində tələbəyə geri ödənilir və yenidən imtahana hazırlaşmasına şərait yaradılır.