“DipIFR” – Diploma in International Financial Reportings (Azərbaycan dilində: Beynəlxalq Maliyyə Hesabatları üzrə Diplom) dünyanın ən böyük mühasibatlıq qurumlarından biri olan ACCA tərəfindən verilən və bütün dünyada tanınan bir diplomdur. “DipIFR” beynəlxalq maliyyə hesabatları haqqında bilik və anlayışları inkişaf etdirir.
DipIFR ACCA’in xüsusi kvalifikasiyası olub, Beynəlxalq mühasibat uçotunun quruluşunu; Maliyyə hesabatlarının əsas elementlərinə müvafiq maliyyə hesabatı standartlarını tətbiqini; Maliyyə hesabatlarında və açıqlamalarında şirkət tələblərini müəyyənləşdirməyi və tətbiq etməyi; Törəmə müəssisələr, asılı müəssisələr və birgə müəssisələr də daxil olmaqla qrup maliyyə hesabatlarının hazırlanmasını əhatə edir.
Proqramda: Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) və tənzimləyici çərçivədə Maliyyə vəziyyəti, mənfəət-zərər, məcmu gəlir haqqında hesabatların və kapitaldakı dəyişikliklər haqqında hesabatın tərtib edilməsi; Mühasibat uçotu siyasəti, mühasibat hesablamalarındakı dəyişikliklər; Maraqlı tərəflərin açıqlamaları; Kiçik və orta müəssisələr üçün (KOBİ) hesabatlar; Konsolidasiya edilmiş xarici hesabatların hazırlanması; Törəmə şirkətlərin səhmlərinin tam özgəninkiləşdirilməsi əhatə olunur.
"Honours Academy bütün ACCA - DipIFR tələbələrinə rəsmi şəkildə tanınan yazılı zəmanət təqdim edir. Bu zəmanət müqaviləsinin şərtlərinə əsasən rəsmi imtahanda ilk cəhddə uğurlu nəticə əldə edə bilməyən tələbənin ödənişləri 5 iş günü ərzində tələbəyə geri ödənilir və yenidən imtahana hazırlaşmasına şərait yaradılır.