Scholarships

Azərbaycanda yalnız Honours Academy ilə əməkdaşlıq edən “HDN Honours Scholarships” tələbələrimizə təhsil təqaüdləri təqdim edir. Təqaüdlərin əsas məqsədi tələbələri uğurlu karyera imkanlarının əsasını təşkil edən keyfiyyətli təhsil almağa maneə olan maddi qayğılardan azad etməkdir. Təqaüd proqramlarımız 3 qrupa bölünür: Need-Based Scholarships (Ehtiyaca Görə); Merit-Based Scholarship (Yüksək Nəticələrə Görə); Academic-Based Scholarships (Akademik Nəaliyyətlərə Görə).

Need-Based Scholarships

"Need-Based Scholarships" proqramı çərçivəsində Honours Academy-də təhsil alan şəhid ailəsi üzvlərinin, 20 yaşınadək valideynini itirmiş şəxslərin, həmçinin uşaq evində böyümüş şəxslərin təhsil xərcləri təqaüd proqramı tərəfindən qarşılanır.

Merit-Based Scholarship
Merit-Based əsaslarla təqaüdlər tələbələri ən yüksək nəticələrə təşviq etməklə onların akademik nailiyyətlərinə, təhsil iradəsinin formalaşmasına, eyni zamanda onların karyera yüksəlişinə stimul vermək məqsədilə təsis edilmişdir.

Təqaüd proqramının bu növü bilik və bacarıqlarını, potensialını yüksək nəticələri ilə sübut etməyi və lider olaraq fərqlənməyi bacaran şəxslərin ACCA və CFA üzrə təhsil xərclərini qarşılayır.

Academic-Based Scholarships

"Academic-Based Scholarships" yüksək potensiallı bakalavr tələbələrinin akademik biliklərini inkişaf etdirmələrinə, maliyyə dünyasında ən yüksək hədəflərə fokuslanmalarına və maliyyə dünyasını dəyişdirəcək liderlərə çevrilmələrinə dəstək olmaq məqsədilə təsis edilmişdir.

Pul Mükafatı

100+

Təhsil Vauçeri

100+

Tələbə

100+