ACCA (The Association of Chartered Certified Accountants)

ACCA - 536.000 tələbə və 233.000 üzvü özündə birləşdirən, müəyyən etdiyi beynəlxalq mühasibat uçotu standartları dünyanın 180 ölkəsində tətbiq olunan, peşəkar maliyyəçilərin, mühasib və auditorların yetişdirilməsi üçün kvalifikasiyalar tərtib edən beynəlxalq assosiasiyadır. ACCA Kvalifikasiyaları sizə maliyyə, audit, mühasibatlıq sahəsində peşəkar mütəxəssis olmaq üçün lazım olan bacarıqlarınızı inkişaf etdirməyə köməklik göstərir.

ACCA  (The Association of Chartered Certified Accountants)

ACCA Kvalifikasiyaları

Business and Technology (BT) - F1

(Azərbaycan dilində: “Biznes və Texnologiya”) ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. Business and Technology - BT: Müəssisələrin necə səmərəli və etik şəkildə fəaliyyət göstərəcəyini; maliyyə mütəxəssislərinin buna nail olmaqda oynadığı kritik rolunu; İdarəetmə, məşğulluq, sağlamlıq, məlumatların qorunması və təhlükəsizliyi kimi aspektlərə iqtisadi, hüquqi və tənzimləyici təsirlər də daxil olmaqla iş mühitini konteksini əhatə edir.

Management Accounting (MA) - F2

(Azərbaycan dilində: “İdarəetmə uçotu”) ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. “Management Accounting - MA” planlaşdırma və qərar qəbul edilməsi prosesində əsas idarəetmə məlumatlarının təmin edilməsini əhatə edir.

Financial Accounting (FA) - F3

(Azərbaycan dilində: “Maliyyə uçotu”) ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. “Financial Accounting (FA)” beynəlxalq mühasibat uçotu standartlarının fundamental biliklərini özündə əks etdirən, müəssisənin zəruri maliyyə hesabatlarının hazırlanmasını əhatə edir.

Corporate and Business Law (LW) - F4

(Azərbaycan dilində: “Korporativ və Biznes Hüququ”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Corporate and Business Law (LW)” Ümumi hüquqi çərçivəni və bizneslə əlaqəli xüsusi hüquqi sahələri əhatə edir.

Performance Management (PM) - F5

(Azərbaycan dilində: “Səmərəliliyin idarəetməsi”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Performance Management (PM)” müəssisənin kəmiyyət və keyfiyyət üzrə məlumatlarından istifadə etməklə planlaşdırma, qərar qəbuletmə, performans qiymətləndirmə və nəzarət üçün tələb olunan idarəetmə uçotu üsullarının tətbiqini və bu istiqamətdə bilik və bacarıqları inkişaf etdirir.

Taxation (TX) - F6

(Azərbaycan dilində: “Vergilər”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Taxation (TX)” Vergi sistemi ilə bağlı fərdlərə, tək şirkətlərə və şirkət qruplarına aid bilik və bacarıqları inkişaf etdirir.

Financial Reporting (FR) - F7

(Azərbaycan dilində: “Maliyyə hesabatları”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Financial Reporting (FR)” maliyyə hesabatlarının necə təhlil və şərh olunması da daxil olmaqla, müəssisənin maliyyə hesabatlarının hazırlanmasının teorik çərçivəsi və mühasibat uçotu standartlarının anlaşılması və tətbiqi üçün lazım olan bilik və bacarıqları inkişaf etdirir.

Audit and Assurance (AA) - F8

(Azərbaycan dilində: “Audit və Zəmanət”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Audit and Assurance - AA” Peşəkar tənzimləyici çərçivə kontekstində təminat öhdəliyinin yerinə yetirilməsi prosesi və onun tətbiqi haqqında lazım olan bilik və bacarıqları inkişaf etdirir.

Financial Management (FM) - F9

(Azərbaycan dilində: “Maliyyə idarəetməsi”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Financial Management (FM)” maliyyə menecerinin investisiya, maliyyə və dividend siyasəti qərarlarında malik olmalı olduğu bilik və bacarıqları inkişaf etdirir. Bu proqramı tamamlayan şəxslər maliyyə menecerindən tələb olunacaq bütün bacarıqlara sahib olurlar.

Uyğun təlimlər