CIMA (Chartered Institute of Management Accountants)

CIMA (Chartered Institute of Management Accountants) dünyada idarəetmə uçotu üzrə ixtisaslaşmış yeganə mühasiblər institutudur. Mühasibatlıq üzrə baza biliklərini öyrətməklə yanaşı, CIMA strateji biznes və idarəetmə, eləcə də kommersiya və maliyyə analizi bacarıqlarına malik olan peşəkar mühasiblərin yetişdirilməsi üçün uğurlu proqramdır. CIMA Kvalifikasiyaları standart maliyyə və mühasibatlıqdan fərqli olaraq, gələcək yönümlü düzgün qərarların verilməsi, datalarla iş, əməliyyat və maliyyə performansı üzrə bilik və bacarıqlarınızı inkişaf etdirərək sizin peşəkar maliyyəçi olmağınıza dəstək verir.

CIMA (Chartered Institute of Management Accountants)

CIMA Member necə ola bilərik?

1. İlkin Qeydiyyatdan Keçmək (MY CIMA hesabının açılması)

İmtahanlarda iştirak etmək, sertifikatları əldə etmək üçün ilkin olaraq MY CIMA hesabının açılması tələb olunur.

2. İmtahanlardan Uğurla Keçmək

CIMA-nın əsas kvalifikasiyasının 13 imtahanından uğurla keçərək müvafiq sertifkat və diplomları əldə etmək lazımdır.

3. 3 İllik İş Təcrübəsinə Sahib Olmaq

Chartered Global Management Accountant (CGMA) tituluna sahib olmaq və CIMA Member olmaq üçün uyğun sahədə minimum 3 illik iş təcrübəsinə sahib olmaq lazımdır.

Uyğun təlimlər