FRM (Financial Risk Management)

Financial Risk Manager (FRM) - GARP (Global Association of Risk Professionals) tərəfindən təsis edilmişdir və bu akkreditasiya qlobal səviyyədə maliyyə riskləri sahəsi üzrə peşəkarlar üçün ilk sertifikat olaraq tanınır. Bu proqram banklarda, sığorta şirkətlərində, mühasibatlıq firmalarında, tənzimləyici qurumlarda və idarəetmə şirkətlərində aktivlərin idarə olunması və risklərin qiymətləndirilməsi üzrə biliklərə sahib olmaq istəyən şəxslər üçün yararlıdır. FRM qlobal maliyyə riskləri üzrə standartları əhatə edir. Beynəlxalq səviyyədə tanınan FRM risk menecerlər üçün ən mötəbər sertifikatlaşdırma proqramıdır. Dünyanın hər yerində demək olar ki, bütün banklar və şirkətlər tərəfindən bu sertifikat tələb olunur və yalnız o şəxslərə verilir ki, onlar riskləri görmək, risklərə cavab vermək və kritik riskli situasiyaları idarə etmək üzrə bilik və bacarıqlara sahib professional şəxslərdirlər.

FRM (Financial Risk Management)

FRM - GARP’ın peşəkar kvalifikasiyalarından biridir və 2 hissədə ibarət proqramdır. FRM Part I və FRM Part II. Bu kvalifikasiyada banklar, aktivlərin idarə edilməsi, sığorta, konsaltinq şirkətləri və hedcinq fondları kimi müəssisələrin mü

FRM Part I

FRM Part I (Azərbaycan dilində: “Maliyyə Riskləri üzrə Menecer - I Hissə”) kəmiyyət təhlili, əsas risklərin idarə edilməsi konsepsiyaları, maliyyə bazarları və məhsullar, eləcə də qiymətləndirmə və risk modelləri daxil olmaqla, maliyyə riskinin qiymətləndirilməsi üçün istifadə olunan alətləri əhatə edir. Əhatə edilən mövzular: Foundations of Risk Management - Risklərin İdarə Edilməsi; Quantitative Analysis - Kəmiyyət Analizi; Financial Markets and Products - Maliyyə Bazarları və Məhsullar; Valuation and Risk Models - Qiymətləndirmə və Risk Modelləri

FRM Part II

FRM Part I (Azərbaycan dilində: “Maliyyə Riskləri üzrə Menecer - II Hissə”) Bazar risklərinin ölçülməsi və idarə edilməsi, Kredit risklərinin ölçülməsi və idarə edilməsi, əməliyyat və kompleks risklərin idarə edilməsi, investisiyaların idarə edilməsi, eləcə də maliyyə bazarlarında mövcud problemlərin daha dərindən öyrənilməsi yolu ilə FRM imtahanının I hissəsində əldə olunan nəzəri biliklərin tətbiqinə həsr olunmuşdur. Əhatə edilən mövzular: Market Risk - Bazar riski; Credit Risk - Kredit Riski; Operational Risk and Resiliency - Əməliyyat riski və Dayanıqlılıq; Liquidity and Treasury Risk Management - Likvidlik və Xəzinə Risklərinin İdarə Edilməsi; Risk Management for Investment Management - İnvestisiya İdarəçiliyi üçün Risklərin İdarə Edilməsi; Current Issues - Cari Problemlər

Uyğun təlimlər